Sahibsiz itlər 7 yaşlı uşağa hücum etdi
    • 3-04-2024, 14:43
    • 134

Sahibsiz itlər 7 yaşlı uşağa hücum etdi

İstanbul Kartalda uşağa küçədə oynayan zaman itlər hücum edib. Uşaq xəstəxanada müalicə olunub və ona 30 tikiş qoyulub.

News24.az xəbər verir ki, iddiaya görə, Gebzedən ailəsi və qohumlarını ziyarətə gedən 7 yaşlı əkizlər Yiğit və Çağrı Dəmir oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Üç it əkiz qardaşlara hücum edərək Çağrı Dəmiri omba və ayaqlarından yaralayıb. 

Sahibsiz itlər Yiğit Dəmirə hücum etmək istəyərkən o, ətrafdakıların müdaxiləsi ilə qaçıb. Omba və ayaqlarından yaralanan Çağrı Dəmir təcili yardımla Kartal Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicə altına alınıb.

Qeyd edək ki, balaca oğlana 30 tikiş qoyulub və nəzarət altına alınıb.

Günel Məlikzadə