Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU
    • 3-04-2024, 15:10
    • 131

Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

Türkiyənin Malatya vilayətində, ölkənin şərqində 4,5 bal gücündə zəlzələ baş verib. 

News24.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Doğanşehir bölgəsində qeydə alınıb.

Zəlzələnin ocağı 13,9 kilometr dərinlikdə yerləşib.

Təlafat və dağıntılarla bağlı heç bir məlumat yoxdur.

Mehriban Mirzəzadə