-
- 3-04-2024, 15:45
- 303
Makrondan savaşa səbəb olacaq təklif: "Qırmızı xətt"i keçməliyik"
Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Qərbin Ukrayna münaqişəsində strategiyasını dəyişmək istəyib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
ABŞ nəşri bildirir ki, Makron mövcud srategiyanı dəyişmək üçün ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Olaf Şolzla telefon danışığı aparıb.
Fransa lideri həmsöhbətlərini Rusiya ilə münasibətlərdə "qırmızı xətlər"dən əl çəkməyə çağırıb. Almaniya və ABŞ liderləri bu ideyanı dəstəkləməyiblər.
Nəşr qeyd edir ki, Bayden münaqişənin gərginləşməsindən qorxduğunu söyləyib, Şolz isə müttəfiqlərin parçalanması və NATO-nun tərəfə çevrilməsi risklərindən danışıb.