Sabiq rəisə 10 il həbs cəzası verildi - General rütbəsi alınacaq
    • 3-04-2024, 18:02
    • 343

Sabiq rəisə 10 il həbs cəzası verildi - General rütbəsi alınacaq


Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

News24.az xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Tofiq Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, onun general rütbəsindən məhrum edilməsi üçün təqdimat verilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.