Ramazan bayramı ilə bağlı məktəblərdəki qeyri-iş günləri
    • 3-04-2024, 21:22
    • 143

Ramazan bayramı ilə bağlı məktəblərdəki qeyri-iş günləri

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, 12-si iş günü ilə müvafiq olaraq aprelin 6-sı istirahət gününün yerləri dəyişdirilmişdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, dəyişiklikləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü aprelin 9-u, bayramdan sonrakı ilk iş günü  aprelin 15-dir.

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü aprelin 9-u, bayramdan sonrakı ilk iş günü aprelin 12-dir.