Evlərində 159 pişik, 7 it saxlayan cütlüyə qadağa
    • 4-04-2024, 10:03
    • 127

Evlərində 159 pişik, 7 it saxlayan cütlüyə qadağa

Nitsadan olan cütlüyün 80 kvadratmetrlik mənzillərində 159 pişik və yeddi it var idi.

News24.az xəbər verir ki, heyvanlar çirkab içində yaşayır, çoxları susuzdur, qida çatışmazlığından əziyyət çəkir və ya parazitlərə yoluxur.

Hakim cütlüyün heyvanlara düzgün qulluq etmədiyini bildirib.

68 yaşlı qadın və 52 yaşlı kişiyə ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.

Onlar həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.

Pişik və itlərdən bəziləri səhhətləri pis olduğundan sonradan ölüblər.

Qeyd edək ki, müstəntiqlər vanna otağında ən azı iki pişik və iki itin cəsədi tapıblar.

Günel Məlikzadə