-
- 4-04-2024, 11:31
- 518
Dollar tarix səhnəsindən silinəcək - Makqreqor
ABŞ hazırda maliyyə baxımından dünyada dominantlıq edir. Bununla belə, dollar tezliklə Rusiyanın köməyi olmadan da zərbə ala bilər.
News24.az axar.az-a istinadən bildirir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Avrasiyanın əksər hissəsində BRİKS valyutasının qızıla bağlandığını görəcəyik. Ekspert qeyd edib ki, Moskva BRİKS-də liderdir və bu təşkilat çox sürətlə inkişaf edir.
Makqreqor bəyan edib ki, BRİKS valyutası inkişaf etməyə başlayan kimi dollar əvvəlki dəyərini itirəcək və sonra ləğv olunacaq:
"ABŞ artan xərcləri ödəmək üçün pul çap edir, lakin bunu nəticələri olmadan sonsuza qədər etmək mümkün deyil".