-
- 7-10-2022, 12:49
- 470
Vanqanın 2023-cü il kəhanətləri: Nüvə və bioloji silahlar, laboratoriyalarda doğulacaq körpələr...
1996-cı ildə ölümünə baxmayaraq kəhanətləri hələ də şərh edilən Bolqarıstanın məşhur ekstrasensi Vanqanın 2023-cü il üçün proqnozları diqqət çəkib.
Onun qarşıdakı il üçün proqnozları belədir:
Nüvə fəlakəti
Vanqanın 2023-cü il üçün nüvə fəlakəti ilə bağlı xəbərdarlığı var. Çernobıl faciəsi barədə əvvəlcədən xəbər verən öncəgörən 2023-cü ildə daha bir atom elektrik stansiyasının partlayacağını deyib.
Yerin orbitində dəyişikliklər
2023-cü il üçün proqnozlardan biri də Yerin orbitində dəyişikliklə bağlıdır. Vanqa bu mövzuda təfərrüatlı məlumat verməsə də, dəyişikliyin dağıdıcı nəticələri ola biləcəyini deyib. Çünki planetin orbitindəki ən kiçik dəyişiklik belə iqlim və dəniz səviyyəsində ciddi fəsadlara səbəb ola bilər.
Bioloji silahlar
Böyük ölkələrin insanlar üzərində bioloji silah sınaqları aparacağı da proqnozlardan biridir. Vanqanın fikrincə, bu, minlərlə insanın ölümü ilə nəticələnə bilər. Onu da qeyd edək ki, BMT-nın Bioloji Silahlar Konvensiyası belə təcrübələri qadağan edir. Buna baxmayaraq, bəzi ölkələrin, xüsusən də, Çinin gizli bioloji silahlar üzərində işlədiyi məlumdur.
Maqnit qasırğaları
Vanqanın başqa bir proqnozuna görə, Yer planeti əvvəllər heç vaxt görülməmiş, miqyasca nəhəng maqnit qasırğası ilə üzləşəcək. Bu vəziyyət gündəlik həyata, xüsusilə texnologiyaya böyük zərər verə bilər, hətta dünyanı 'Qaranlıq Çağ'a belə sala bilər. Günəş fırtınaları kosmosdakı stansiyalara, peyklərə və kosmonavt, həmçinin elektrik və internet sistemlərinə təsir etmək gücünə malikdir.
Təbii doğuşlar olmayacaq
Vanqanın 2023-cü il üçün son proqnozu təbii doğuşların sona çatması ilə bağlıdır. O, bir çox ölkələrin təbii doğuşları qadağan edəcəyini və körpələrin bundan sonra laboratoriya mühitində doğulacağını proqnozlaşdırıb. Valideynlər övladlarını saç, göz rəngi və bəzi xüsusiyyətlərinə görə fərdiləşdirə biləcəklər. Bununla belə, dövlətin doğulan körpələr üzərində bir çox səlahiyyətləri olacaq.