Gözlənilməz seçki nəticələri, aclıq, suya görə münaqişlər və... - VANQA 2023-CÜ İL HAQDA
    • 5-01-2023, 14:23
    • 193

Gözlənilməz seçki nəticələri, aclıq, suya görə münaqişlər və... - VANQA 2023-CÜ İL HAQDA

Məşhur bolqar görücü Vanqanın 2023-cü il haqda dedikləri gündəm olub.

News24.az xəbər verir ki, Vanqanın proqnozlarına əsasən, 2023-cü ildə güclü iqlim dəyişikliyi olacaq. Həmçinin təbiət ona qarşı diqqətsiz münasibətinə görə insanlardan qisas almağa başlayacağını da qeyd edib.

O, Asiya ölkələri üçün dəhşətli daşqınlar, Hindistan üçün isə böyük aclıq proqnozlaşdırıb.

Vanqanın 2023-cü ilə dair bəzi proqnozları bir çox ölkədə şiddətli hakimiyyət mübarizəsindən xəbər verir.

Bu il əksər ölkələrdə seçkilərin nəticələri gözlənilməz olacaq.

Həmçinin bir çox ölkələrdə onun sözlərinə görə, içməli su qıtlığı yaranacaq. Quraq bölgələrdə su ilə bağlı münaqişələr yarana bilər. /UNİAN/

Teymur MƏMMƏDOV