NATO bu ölkədə beynəlxalq əlaqələr ofisi açır
    • 4-04-2024, 15:46
    • 149

NATO bu ölkədə beynəlxalq əlaqələr ofisi açır

İsveçrə beynəlxalq təşkilatlarla əlaqələr quracaq NATO-nun Cenevrə ofisinin açılmasına icazə verib.

News24.az xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Alen Elçinqer deyib.

Qeyd edək ki, NATO-nun artıq Nyu-Yorkda (ABŞ) və Vyanada (Avstriya) iki oxşar ofisi var.

Bildirilir ki, İsveçrə NATO ilə əlaqələri gücləndirmək kursunu müəyyənləşdirib, ölkə hərbi təlimlərdə iştirak etmək və İsveçrə ordusunun NATO ölkələrinin orduları ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq niyyətindədir. İsveçrə NATO və ya Aİ-nin üzvü deyil, Rusiyaya qarşı sanksiyaları dəstəkləyir.

Mehriban Mirzəzadə