NATO Aralıq dənizində hərbi təlimlərə başlayır
    • 26-02-2024, 12:30
    • 123

NATO Aralıq dənizində hərbi təlimlərə başlayır

Fevralın 26-da səhər saatlarında Siciliya sahillərində Aralıq dənizində NATO-nun Dynamic Manta adlı dəniz təlimləri başlayacaq.

News24.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, NATO-nun illik dəniz təlimlərində Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dan olan hərbi qulluqçular və gəmilər iştirak edəcək.

Təlimlərdə yeddi sualtı qayıq, bir neçə suüstü gəmi, eləcə də NATO üzvü olan ölkələrin təyyarələri iştirak edir.

Əsas diqqət sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlib.

Mehriban Mirzəzadə