Polis polkovniki saxlanıldı
    • 4-04-2024, 16:28
    • 375

Polis polkovniki saxlanıldı

Rusiyanın Moskva şəhərində təhlükəsizlik qüvvələri Kommunarski polis idarəsinin keçmiş daxili işlər şöbəsinin rəisi, polkovnik Andrey Turgenevi saxlayıb.

News24.az Lent.az-a istinadla bildirir ki, həmin şəxs qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir.

Məlumata görə, Turgenevlə birlikdə miqrasiya şöbəsinin böyük inspektoru Vadim Maqan da saxlanılıb.

Bildirilir ki, təqsirləndirilən şəxs uzun müddətdir başqa ölkə vətəndaşlarının saxta qeydiyyatına görə pul alıb. Belə ki, onlar 1 mindən çox xarici vətəndaşı qanunsuz qeydiyyata alıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı (Vəzifə səlahiyyətlərini aşma) və 322.1-ci maddələri ilə (Qanunsuz miqrasiyanın təşkili) cinayət işi başlanıb.