Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı
    • 15-02-2021, 15:24
    • 545

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb. Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.