-
- 5-04-2024, 09:18
- 1 875
Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.