3 yaşlı  qız bütün gecəni 15-ci mərtəbənin balkonunda tək  keçirdi
    • 1-08-2018, 12:23
    • 831

3 yaşlı qız bütün gecəni 15-ci mərtəbənin balkonunda tək keçirdi

Rusiyanın Ufa şəhərində həyəcanlı anlar yaşanıb. Avqustun 1-də səhər saatlarında tikintisi başa çatmamış yüksəkmərtəbəli evin 15-ci mərtəbəsində 3 yaşlı qız tapılıb. Qızın bütün gecəni həmin balkonda tək keçirdiyi bildirilir. Ən dəhşətlisi budur ki, balkonun məhəccərləri belə olmayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, dünən axşam həmin qızı atası böyük qardaşı ilə birlikdə iş yerinə, yəni tikintiyə  aparıb. Uşaqları üçüncü mərtəbədə qoyub işinin arxasınca gedən ata qayıdrakən qızı yerində tapmayıb. Polis və mühafizəçilər bütün gecə hər tərəfi axtarsalar da uşaq tapılmayıb. Səhər tezdən uşaq ağlaması səsi eşidən bir fəhlə 15-ci mərtəbənin balkonunda oturmuş balaca qızı görüb və xilasedicilər gələnə qədər onu özü xilas edib.

 Qızın tam sağlam olduğu bildirilir.

İlhamə