Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi
    • 5-04-2024, 12:31
    • 237

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.

News24.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, M.Həsənov Şirvan Apellyasiya Məhkəməsinin hakimi idi.