-
- 5-04-2024, 13:47
- 452
Dayə 8 yaşlı qızı diri-diri basdırdı - FOTO
Esra Erolun verilişində tez-tez müzakirə olunan mövzular sosial medianın gündəmini zəbt etdiyi halda, bu dəfə Dadı Meryemlə bağlı ortaya çıxan faktlar verilişdə iz buraxıb.
News24.az xəbər verir ki, bu həftə proqrama qatılan Mehmet Altun bir müddətdir ayrı qaldığı 6 illik həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Esra Eroldan kömək istəyib. Arvadını 15 dəfə aldadan Mehmet Altun nikahın bitməsində qayınatasını günahlandırıb.
Mehmet Altunun həyat yoldaşı Rabia Altun həyat yoldaşının uşaqlarının dayəsi ilə onu aldatdığı mesajlarını tutduğunu bildirib. Dayə Meryemlə bağlı ortaya çıxan həqiqət hər kəsi şoka salıb.
Esra Erol canlı yayımda "Dünən axşam xəbər xəttinə bir mesaj gəldi. Bir məsələ ilə bağlı həbsxanaya girmisiniz?"deyə dayə Meryemdən törətdiyi cinayəti soruşub. Həbsxanaya getdiyini etiraf edən Meryem “Qətldən 9 il cəza çəkdim” deyib.
Esra Erol "Keçmişdə törətdiyiniz qətlin qurbanı kim olub? 8 yaşlı qız uşağı? Bu hadisədən sonra uşaqlara yaxınlaşmamalısınız" dedi.
Meryem xanım "O hadisə baş verəndə mənim 16 yaşım var idi. Qəza baş vermişdi" deyərək özünü müdafiə etdi.
Esra Erol hadisənin təfərrüatlarını da açıqlayıb. Erol, "8 yaşlı Həsrət istifadəsiz bir binada basdırılmış vəziyyətdə tapıldı" dedi.
Qeyd edək ki, qətli törədən zaman 16 yaşlı Serkan adlı yeniyetmə olan Meryemin həbsdən çıxdıqdan sonra cinsiyyətini dəyişdiyi məlum olub.
Günel Məlikzadə