Ancelina Colidən Bred Pittlə bağlı ŞOK iddia
    • 5-04-2024, 13:54
    • 226

Ancelina Colidən Bred Pittlə bağlı ŞOK iddia

Brad Pitt və Angelina Jolie yeni bir iddia ilə gündəmdədir.

News24.az xəbər verir ki, Coli 2016-cı ildə uçuş zamanı Pittin ona, uşaqlarından birinə qarşı zorakılıq etdiyini və bu hadisənin cütlüyün boşanmasına səbəb olduğunu iddia edib.

48 yaşlı Coli iddia edir ki, fiziki zorakılıq 2016-cı ildə təyyarə insidentindən "çox əvvəl" başlayıb.

Colinin vəkilləri "Pittin Coliyə qarşı fiziki zorakılıq tarixi 2016-cı ildən çox əvvəl başlasa da,  Pitt ilk dəfə idi ki, fiziki zorakılığını uşaqlara yönəldib. Bundan sonra Coli onu dərhal tərk etdi" dedilər.

Günel Məlikzadə