Tarkanın qohumu DƏHŞƏTLİ QƏTL törətdi
    • 5-04-2024, 14:39
    • 258

Tarkanın qohumu DƏHŞƏTLİ QƏTL törətdi

İstanbulun Esenyurt şəhərində iş yerində əvvəlcə güllələnən, sonra isə yandırılaraq öldürülən Ercan Gönülkırmazın qətli ilə bağlı məşhur müğənni Tarkanın əmisi oğlu Sərvət Tevetoğlu və daha 5 müttəhimin mühakiməsində hökm açıqlanıb.

News24.az xəbər verir ki, müğənni Tarkan Tevetoğlunun qətl işi üzrə mühakimə olunan əmisi oğlu Sərvət Tevetoğlu ilə bağlı qərar verilib.

Məhkəmə 5 təqsirləndirilən şəxsin "qəsdən adam öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib. 

Günel Məlikzadə