Azərbaycanda daha bir məktəbdə KORRUPSİYA: cinayət işi açıldı
    • 5-04-2024, 19:00
    • 203

Azərbaycanda daha bir məktəbdə KORRUPSİYA: cinayət işi açıldı

Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan News24.az-a verilən xəbərə görə, araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə  cinayət işi başlanaraq istintaq aparılır.