-
- 29-04-2019, 13:31
- 1 001
Bakıda işdən çıxarılan şəxs “Azərişıq”ı MƏHKƏMƏYƏ VERDİ
“Azərişıq” ASC-də işdən çıxarılan şəxs məhkəməyə üz tutub.
News24.az-ın məlumatına görə, keçən il Əkbərov Seymur Əkbər oğlu işdən çıxarılmasının əsassız olduğunu bildirərək məhkəməyə üz tutub. Birinci instansiya məhkəməsindən mənfi cavab alan S.Əkbərov daha sonra Bakı Apelyasiya Məhkəməsinə üz tutub. Burada da işə bərpa olunma tələbi yerinə yetirilməyən vətəndaş Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə isə məhkəmə qətnaməsi tam ləğv edilib və iş baxılması üçün yenidən apelyasiya məhkəməsinə göndərilib.
İşə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.