“O mahnını elə kişilərə oxumuşam ki” – “Kişilər” mahnısından DANIŞDI
    • 5-04-2024, 22:22
    • 202

“O mahnını elə kişilərə oxumuşam ki” – “Kişilər” mahnısından DANIŞDI

Xalq artisti Aygün Kazımova və mahnının müəllifi  Xanım Ismayılqızı şou-proqramlardan birində bir zamanlar çox sevilən “Kişilər” mahnısı barədə danışıblar.

News24.az Lent.az-a istinadla xəbər verir ki, musiqinin və sözlərin müəllifi  Xanım İsmayılqızı qeyd edib ki, bu mahnını şıltaq xarakterinə görə məhz Aygün Kazımova üçün yazıb:

“Bilirdim ki, bu mahnını heç kim Aygün kimi oxuya və sevdirə bilməz. Aygünün xarakterinə uyğun mahnı idi. O mahnını yaratdı”.

Aygün Kazımova bu sözlərin cavabında “Kişilər” mahnısını hansı səhnələrdə, hansı kişilərə oxumamışam. Biləsiniz, o mahnını necə kişilər dinləyib”, -  deyib.