"Qarabağ" ulduz futbolçusu ilə bağlı qərar verdi
    • 6-04-2024, 11:20
    • 261

"Qarabağ" ulduz futbolçusu ilə bağlı qərar verdi

"Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib.

News24.az Trend-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil.

Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ”da çıxış edir.