Rusiya klubu "Qarabağ"ın legionerini transfer etmək istəyir
    • 13-06-2023, 23:58
    • 252

Rusiya klubu "Qarabağ"ın legionerini transfer etmək istəyir

Rusiyanın "Ural" klubu "Qarabağ"ın futbolçusu Marko Yankoviçi transfer etmək istəyir.

News24.az xəbər verir ki, Yekaterinburq təmsilçisi monteneqrolu yarımmüdafiəçinin keçidi üçün "köhlən atlar"la danışıqlar aparır.

Qeyd edək ki, 28 yaşlı oyunçu Ağdam klubunda 2022-ci ilin yayından çıxış edir. O, "Qarabağ"ın heyətində 40 oyuna 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Son Azərbaycan çempionu daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borgesi Rusiya "Krasnodar"ına satıb.

"Ural" ötən mövsüm Premyer Liqasını 11-ci pillədə başa vurub.