"Qarabağ" daha bir futbolçu ilə müqavilə İMZALADI
    • 25-05-2021, 20:00
    • 693

"Qarabağ" daha bir futbolçu ilə müqavilə İMZALADI

"Qarabağ" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb. Otuz yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb.