-
- 2-07-2018, 16:06
- 1 385
Rəqqasə Oksananın adından istifadə edərək saxtakarlıq edir - VİDEO
Xəbər verdiyimiz kimi iyunun 29-dan etibarən Liatris Holdingin nəznində News24.az saytı fəaliyyətə başlayıb.
Saytın açılışı münasibəti ilə xeyriyyə aksiyası təşkil edilib və məşhurlar axın edib. Qonaqlar sırasında dəvətsiz gəlib, yardım etmək istəyənlər də tapılıb.
Onlardan biri də qızının Oksana Rəsulovanın tələbəsi olduğunu deyən Suzan adlı xanım və azyaşlı rəqqasə qızı Xəyalə də var idi.
Keçirilən tədbir haqda müəyyən saytlarda balaca Xəyalənin görüntüsü yer alsa da, bir qism mətbuat orqanında uşağın görüntüsü yer almamışdı. Qızının rəqsini geniş reportajlarda yer aldığınına baxmayaraq, qısa videoda görməyən Suzan aqresiyasına hakim ola bilməyib və saytın əməkdaşını təhqir edib: “Uşağımın ahı sizi tutacaq.
Allahsızlar. Siz bilirsiz mən kiməm? Siz mənim qızımı səhifənizdə paylaşmamısız”- kimi sözləri yazdıqdan sonra , təhqirlərə keçib (etik qaydaları nəzərə alaraq söyüşləri olduğu kimi təqdim etmirik-red.)
Məsələ ilə bağlı Oksana Rəsulova ilə əlaqə saxladıq. O, əməkdaşımıza açıqlamasında sözügedən xeyriyyə tədbirinə tələbəsini yollamadığını deyib: “Mən Bakıda deyiləm. Heç bir tələbəmi də heç yerə yollamamışam. Adımdan heç kim istifadə etməsin”.
Qeyd edək ki, tədbirə təşkilatçıları aldadaraq daxil olan Suzan pulunun olmadığını və xeyriyyə yardımı edə bilməyəcəyini deyərək, kömək istəmişdi. Təşkilatçılar da qarşılığında ona 1 manat yardımı qutuya atmağı məsləhət görmüşdü. Suzan jurnalistlə davasında qutuya 1 manat yox, 100 ABŞ dolları atdığı iddia edib. Mübahisənin davamında Oksananın mövqeyini öyrənən saxtakar qadın bu iddianı da rədd edib:
“Sizə kim dedi ki, məni Oksana göndərib? Mən dəstək olmağa gəlmişdim. Mən təşkilatçılara pulum yoxdu deyərək, özümü sınadım. Qutuya 100 dollar pul atmışam. Haram xoşunuz olsun! Vaxt gələcək məndən üzr istəyəcəksiniz, qızımdan da müsahibə alacaqsınız”.
Qeyd edək ki, xeyriyyə qutusu açılarkən içərisində cəmi 1 ədəd 100 ABŞ dolları çıxmışdı. Bunu isə açıq şəkildə aparıcı Arzu Həmzəyevanın qızı Ayla atmışdı.
Məsələnin gedişatında öyrəndik ki, Suzan adlı xanım illərdir saxtakarlıqla məşğuldur. O, bir neçə ildir müxtəlif restoranlara gedib, Oksanın adından istifadə edərək, dələduzluq edir. O, restoran administratorlarından Oksananın adından qızının rəqs etməsini xahiş edir və pul tələb edir. Suzan saxtakərlıq etməklə yanaşı, həm də azyaşlı uşağı istismar edir. Bu məsləylə bağlı 5 sayılı Hüqüq Məsləhətxanasının vəkili Bəxtiyar Hacıyevlə əlaqə saxladıq.
Onun sözlərinə görə, adıçəkilən qadın 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər: “Yetkinlik yaşına çatmayan uşaqların əməyə cəlb olunması, bu fərq etməz istər valideyin, istərsə də başqa yaxınları tərəfindən uşağın öz istəyi olmadan məcbur, hədə-qorxu və zor tələb edərək işlədirsə İnzibati Xətalar məcəlləsinin 33-cü bəndinin 144-2.3 maddəsində insan istismarına görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilməlidir”-deyə vəkil bildirib.
Jurnaslisti təhqiretməyə gəldikdə isə B. Hacıyev belə qeyd edib:
“148 ci maddədə KİV – nin və kütləvi nümayiş yerlərində informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini kobud formada qəsdən alçaltmaq 1000 manatdan, 1500 manata qədər cərimə edilir”.
Elvin Nüsrətoğlu