-
- 6-04-2024, 15:55
- 226
İranda silahlı qarşıdurma: Ölənlər var
İranın Zahidan şəhərinin Sərcəngəl polis bölməsinə silahlı hücum olub.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslərin açdığı atəş nəticəsində 3 hökumət rəsmisi öldürülüb.
Qeyd edək ki, İranın rəsmi dövlət mediası silahlı hücumla bağlı məlumat yaymayıb.