Hande Erçel və Hakan Sabancının yeni dayanacağı - FOTOlar
    • 6-04-2024, 22:00
    • 195

Hande Erçel və Hakan Sabancının yeni dayanacağı - FOTOlar

Həm rol aldığı filmlərlə, həm də şəxsi həyatı ilə çox danışılan aktrisa Hande Erçel sevgilisi Hakan Sabancı ilə Yaponiyadadır.

News24.az xəbər verir ki, sonuncu dəfə "Bam Başka Biri" serialı ilə izləyiciləri ilə görüşən Hande Erçel sosial şəbəkədəki paylaşımları ilə adından söz etdirməyə davam edir. 

Hakan Sabancı ilə sevgili olan aktrisa yeni bayram kadrları ilə gündəmdədir.

Erçel Yaponiyanın Osaka şəhərindən fotolar paylaşıb.

Hakan Sabancı da sosial media hesabında paylaşım etməkdən geri qalmadı.

Günel Məlikzadə