Pişik ailəni dəhşətli faciədən XİLAS ETDİ
    • 7-04-2024, 09:12
    • 379

Pişik ailəni dəhşətli faciədən XİLAS ETDİ


Rusiyanın Rostov vilayətinin Sandata kəndində ailə yanan evdən onları oyandıran pişiyin sayəsində xilas olub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın gecə saatlarında ailə üzvlərinin yuxuda olduğu vaxt baş verib, alov həyətdəki yardımçı tikililəri bürüyüb, qaraja və yaşayış binasının damına keçib.

İlk oyanan "Marfa" adlı pişik olub. O miyavlamağa başlayıb və sahiblərini ayıltdıb. İnsanlar yanan binadan rahatlıqla tez çıxıblar. Pişik öz balalarını da xilas edə bilib.

Yanğınsöndürənlər 120 kvadratmetr sahədə yanğını söndürə biliblər.//publika