Selena Qomez evlənir?
    • 8-04-2024, 09:21
    • 164

Selena Qomez evlənir?

Sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez uzun müddət sonra yeni sevgiyə başlayıb.

News24.az xəbər verir ki, Qomez yeni sevgilisi Benni Blanko ilə münasibəti barədə "Özümü heç vaxt bu qədər təhlükəsiz hiss etməmişdim və bu, çox gözəl hissdir" deyib.

İddialara görə, cütlüyün münasibətləri getdikcə ciddiləşir. Qomezin ailəsi və dostlarının dəstəyini aldığını bildirən mənbələr, "Selena ona əvvəlki sevgililərindən daha çox güvənir. Bir-birlərinə çox hörmət edirlər və münasibətləri müsbət istiqamətdə inkişaf edir" deyib.

"Onlar gələcəyi birlikdə görürlər və birlikdə hərəkət etmək arzusundadırlar" mənbələr deyib.

Qomez yeni sevgilisi haqqında "O, mənim hər şeyimdir. Mənim başıma gələn ən yaxşı şeydir" deyib. Müğənni 35 yaşlı Blankonun onunla hamıdan yaxşı davrandığını deyib: "O, indiyə qədər birlikdə olduğum hər kəsdən hələ də yaxşıdır. Bu, həqiqətdir!" deyərək ifadə etdi.

Onu da qeyd edək ki, sonuncu dəfə "Single Soon" mahnısı üzərində birlikdə çalışmış ikili daha əvvəl "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq etmişdilər.

Günel Məlikzadə