“Sevəndə başım qaçır” - SƏİDƏ SULTAN
    • 2-02-2023, 16:52
    • 491

“Sevəndə başım qaçır” - SƏİDƏ SULTAN

Müğənni Səidə Sultan şəxsi həyatından danışıb. 

News24.az-a açıqlama verən müğənni sevgilisinin olmadığını bildirib: “Təklik daha yaxşıdır, sevgilim olanda rahat işləyə bilmirəm. Sevəndə başım qaçır. İşləyə bilmirəm. Vaxtımı alır. Səhnənin şıltaq qızıyam. Vaxtımı işimə ayırıram. Yeyib içib yaşayıram”. 

Səidə bu dəfə dünyaca məşhur müğənni Selena Qomez və Remanın “Calm Down” mahnısını ana dilimizə uyğunlaşdırıb oxumasının tənqid olunmasına da münasibət bildirib: “Təriflər də, tənqidlər də oldu. Mən tənqidə fikir vermirəm. Ortada iş varsa, tənqid də olmalıdır”. 

Könül İBRAHİM