Rusiya ittiham etdi:
    • 8-04-2024, 13:11
    • 164

Rusiya ittiham etdi: "Makron terroru maliyyələşdirəndir!"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da martın 22-də baş vermiş terror aktı ilə bağlı açıqlama verib. O, Fransa prezidenti Emmanuel Makronu və Qərbdəki liderləri hədəfə alıb.

News24.az xəbər verir ki, 144 nəfərin öldüyü hücumla bağlı Medvedev “muzdlu qatil” adlandırdığı terrorçuların sponsorlarının olduğuna diqqət çəkib.

Medvedev hücumun əsl təşkilatçılarının Ukraynadakı hakimiyyət orqanları olduğunu müdafiə edib. O, həmçinin Makronu və bəzi qərb liderlərini “şəriklər, sponsorlar” kimi göstərib.

Medvedev, Qərbdəki bəzi liderlərin bağışlanmaz hərəkətləri və bəyanatlarının dəhşətli hücuma dəstək verdiyini vurğulayıb və onların toxunulmaz olmadığını xatırladıb.

O, sözlərini belə yekunlaşdırıb: “Onlar indi Rusiyanın o qədər də sadə olmayan düşmənləridir”.

Günel Məlikzadə