-
- 2-09-2023, 10:37
- 157
Medvedev onları "nasist koalisiyası" adlandırdı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələri və onların müttəfiqlərini Ukrayna hakimiyyətini dəstəklədiklərinə və bütün rusları məsuliyyətə cəlb etməyə çağırdıqlarına görə birbaşa “nasist” adlandırıb.
News24.az xəbər verir ki, o, bu barədə "Telegram"-da yazıb.
“Banderoukraina Qərb ölkələrinin demək olar ki, bütün liderləri tərəfindən dəstəklənir. Buna görə də, Bayden, Trüdo, Sunak, Şolz, Makron, Meloni, eləcə də ən bədnam Polşanın, dilənçi Skandinaviya ölkələrinin liderləri... nasistlərin birbaşa və açıq-aşkar ortaqlarıdır”- Medvedev deyib.
Bu baxımdan, siyasətçi qeyd edib ki, adıçəkilən ölkələrin liderlərinə münasibət “nasist koalisiyasına daxil olan ölkələr”in liderləri kimi qurulmalıdır.
Aydan