Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar - FOTO
    • 8-04-2024, 16:12
    • 121

Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.

Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.

Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər.

Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevralında vəzifəsindən azad olunub.