İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO
    • 30-05-2021, 16:04
    • 1 928

İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.

Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.

İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək. /7times.az/