Gənc akademik xərçəng xəstəliyindən öldü - FOTO
    • 8-04-2024, 20:00
    • 237

Gənc akademik xərçəng xəstəliyindən öldü - FOTO

Mersin Universiteti Fən və Ədəbiyyat Fakültəsi Müəllim Dos. Dr. Zeynep Şanlıya 2019-cu ildə döş xərçəngi diaqnozu qoyulub. Şanlının müalicəsi davam edərkən xərçəng qaraciyərinə keçib.

News24.az xəbər verir ki, bir ay əvvəl pisləşərək Trabzonda özəl xəstəxanaya yerləşdirilən dos. Dr. Şanlı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 10 il əvvəl ailə quran və 8 yaşında bir qızı olan dos. Dr. Zeynep Şanlı Akdemircinin vəfatı ailəsini, yaxınlarını və həmkarlarını kədərləndirib.

Zeynep Şanlı üçün məmləkəti Rizədə dəfn mərasimi keçirilib.

Günel Məlikzadə