Türkiyəli millət vəkili PKK terrorçusunun tabutunu daşıyıb
    • 6-04-2024, 10:40
    • 242

Türkiyəli millət vəkili PKK terrorçusunun tabutunu daşıyıb

Türkiyə Silahlı Qüvvələri tərəfindən 14 oktyabr 2023-cü il tarixində Tunceli Ovacık rayonunun Doludibek çölündə terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirilib. Əməliyyatda terror təşkilatı PKK-nın sözdə komandirlərindən Eddesa Cejna kod adlı Ece Yılmaz zərərsizləşdirilib.

News24.az xəbər verir ki, Yılmazın cənazəsi 3 aprel 2024-cü ildə ailəsinə təhvil verilib. Gecə yarısı Batman mərkəzinin Diktəpə kəndində torpağa tapşırılıb.

Terrorçunun cəsədi olan tabutu daşıyanlar arasında DEM Batman millət vəkili Zeynep Oduncunun da olması diqqət çəkib.

Millət vəkili Zeynep Oduncu tabutu çiyinlərinə qaldıraraq, tabutu məzara aparıb. Dəfn mərasimində terror təşkilatı PKK lehinə şüarlar səsləndirilib.

Günel Məlikzadə