-
- 31-08-2018, 12:54
- 1 074
27 yaşlı bəy toy günü həyatının ŞOKUNU YAŞADI – Gəlin saxta çıxdı
Türkiyədə yaşayan 27 yaşlı İsmail Çay adlı şəxs toy günü həyatının şokunu yaşayıb.
Alaşehir vilayətində yaşayan İsmail Çay ailəsinin təkidilə bir xanımla tanış olub. Adının Zeynep Bozkurt olduğu deyilən qadınla tanış olan İ.Çay qısa müddət ərzində qıza elçi gedib.
Elçilik zamanı İ.Çayın ailəsindən 50 mil Türk lirəsi (7500 ABŞ dolları) başlıq parası alıblar. Daha sonra toya hazırlıq üçün qızın ailəsi 100 min lirə (15 min dollar) istəyiblər.
Xəsislik etməyən İ.Çay evlənəcəyi qızın ailəsinə həmin pulu da verib. Toyu isə avqustun 26-na təyin ediblər.
Toyda gəlinin üzərinə təxminən 60 min lirəlik (9000 dollar) qızıl taxıblar. Toy mərasiminin sonunda isə Zeynep Bozkurtun qohumları qızılları da götürüb qaçıblar.
Toyun sonunda aldadıldığını bilən İ.Çay dərhal polisə şikayət edib. Zeynep Bozkurt fırıldaqlarının üstünün açıldığını görüb qaçmaq istəsə də, onun tutublar.
Polisə aparılan Zeynep Bozkurt izahat yazıb. Polisdə müəyyən ediblər ki, əslində qadının adı Zeynep Bozkurt da olmayıb. Həminin aydınlaşdırılıb ki, bu hadisə tək İ.Çayın başına gəlməyib. Onun kimi bir neçə gənc və ailəsi aldadılıb.
Zeynep Bozkurt şərti olaraq azadlığa buraxılıb. Hadisəni isə məhkəmə araşdıracaq.
İ.Çay isə başına gələnlərə belə aydınlıq gətirib: “Bu yaşa qədər tərbiyəli və namuslu qadın axtarırdım. Valideynlərim xoş günümü görmək istəyirdilər. Lakin bu qadın məni peşman etdi. İstəmirəm ki, bundan sonra başqaları bu vəziyyətə düşsünlər”.
//baku.ws