Qonşusu ilə eyni liftə minməmək üçün onu bıçaqladı, sonra da...
    • 8-04-2024, 22:08
    • 317

Qonşusu ilə eyni liftə minməmək üçün onu bıçaqladı, sonra da...

Moskva vilayətində 48 yaşlı yerli sakin yaşlı qonşusu ilə eyni liftə minməmək üçün onu bıçaqlayıb.

News24.az Publika.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hər şey Sergiev Posaddakı yeni binada baş verib. Qonşular birlikdə yeddinci mərtəbədə liftə giriblər. Lakin onlardan biri 66 yaşlı qadını kabinədən itələməyə başlayıb, daha sonra mətbəx bıçağını çıxararaq onun qarın və boyun nahiyəsindən bıçaqlayıb.

Həmin qadın dördüncü mərtəbədə liftdən çıxandan sonra pilləkənlərlə aşağı düşüb. Orada özünümüdafiə görüntüsü yaratmaq üçün özünü sol çiynindən bıçaqlayıb və təcili yardım çağırıb.

Onun əlindən qurtulan digər qonşusu isə mənzilinə qayıdıb və hücum barədə məlumat verərək polis çağırıb. Hazırda hər iki qadın xəstəxanaya yerləşdirilib və həkimlər indi onların həyatları üçün mübarizə aparırlar.