Bakının iki böyük qəsəbəsinin qazı kəsiləcək
    • 8-04-2024, 22:57
    • 207

Bakının iki böyük qəsəbəsinin qazı kəsiləcək


Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

“Azəriqaz”dan verilən məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsi məqsədilə aprelin 9-da saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin, Binəqədi rayonu üzrə isə Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.