İsrailə ixrac məhdudiyyəti
    • 9-04-2024, 10:33
    • 221

İsrailə ixrac məhdudiyyəti

Türkiyə Ticarət Nazirliyi aprelin 9-dan etibarən İsrailə ixracın məhdudlaşdırılacağını açıqlayıb.

News24.az xəbər verir ki, Ticarət Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında 6 aydan artıqdır ki, ayrı-seçkilik etmədən həyata keçirdiyi ümumi qırğında həyatını itirən fələstinli qardaşlarımızın sayı 33 min, yaralananların sayı isə yüz minlərlədir.  Qeyd edək ki, onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Qəzza zolağı isə böyük dağıntılara məruz qalıb.

Bununla əlaqədar olaraq, Türkiyə 9 aprel 2024-cü il tarixindən etibarən birinci mərhələdə göstərilən məhsul qrupları üzrə məhsulların İsrailə ixracını məhdudlaşdırmaq qərarına gəlib. Bu qərarın tələbləri dərhal Ticarət Nazirliyi tərəfindən həyata keçiriləcək".

Günel Məlikzadə