32 min 552 fələstinli öldürüldü
    • 28-03-2024, 21:30
    • 167

32 min 552 fələstinli öldürüldü

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 174 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 62 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı bildirilib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 32 min 552, yaralıların sayının isə 74 min 980-ə çatdığı açıqlanıb.

Günel Məlikzadə