Dünyanın ən bahalı şəhəri seçildi
    • 9-04-2024, 14:24
    • 341

Dünyanın ən bahalı şəhəri seçildi

Mütəxəssislər dünyanın yaşamaq üçün ən bahalı şəhərinin adını açıqlayıblar. Reytinq tərtib edilərkən ekspertlər qiymət artımını və bir çox digər amilləri nəzərə alıblar.

News24.az xəbər verir ki, bu barədə World of Buzz məlumat yayıb.

The Economist Intelligence Unit (EIU) tərəfindən aparılan araşdırmaya görə, Sinqapur yaşamaq üçün ən bahalı şəhərlərin reytinqində birinci yeri tutub. Sonrakı yerlər Sürix , Cenevrə, Nyu-York , Honq-Konq , Los-Anceles , Paris, Kopenhagen , Tel-Əviv və San-Fransiskodur.

Yaşayış Qiyməti Sorğusu EIU tərəfindən ildə iki dəfə keçirilir. Şirkətin mütəxəssisləri 173 şəhərdə 200 məhsul və xidmət üzrə 400-dən çox qiyməti müqayisə edirlər. 

Maraqlıdır ki, Sinqapur bu reytinqdə birinci yerlərin sayına görə rekorda sahibdir. Son 11 il ərzində bu şəhər doqquz dəfə yaşamaq üçün ən bahalı şəhər kimi tanınıb.

Mehriban Mirzəzadə