Dünyanın ən bahalı şəhərləri
    • 14-07-2018, 12:40
    • 1 078

Dünyanın ən bahalı şəhərləri

İsveçrənin Sürix şəhəriən  ən bahalı şəhər adına layıq görülüb.

News24.az xəbər verir ki, bu məlumat İsveçrənin UBS bankının “Qiymətlər və gəlirlər – 2018” tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqində yer alıb. Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.

Reytinqdə Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir.