Fransada naməlum şəxslər məscidi atəşə tutdu
    • 9-04-2024, 16:47
    • 226

Fransada naməlum şəxslər məscidi atəşə tutdu

Fransanın şimalındakı Şerbur şəhərində naməlum şəxslər məscidi atəşə tutublar.

Bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

Aprelin 8-də axşam saatlarında polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıblar. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Manş departamentinin prefekturası Ramazan bayramı ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “tam hazırlığına” işarə edərək, şəhərin müsəlman icmasına dəstəyini ifadə edib.

Xatırladaq ki, mart ayında Fransa Daxili İşlər Nazirliyi 2023-cü ildə Fransada irqçilik, ksenofobiya və dini nifrət zəminində törədilən cinayətlərin sayının 32 faiz artdığı barədə məlumat verib. Bu ölkənin daxili işlər naziri Gerald Darmanen qeyd edib ki, 2023-cü ildə Fransada müsəlmanlara qarşı hücumlar əvvəlki illə müqayisədə 30 faiz çox olub.//Report