Hazırda Putinin gündəmi nədir?
    • 9-04-2024, 21:15
    • 156

Hazırda Putinin gündəmi nədir?

Kremlin bu gün verdiyi bəyanatda sel fəlakətinin prezident Vladimir Putinin diqqət mərkəzində olduğu bildirilib.

News24.az xəbər verir ki, bununla belə, Putinin təbii fəlakətdən çox zərər çəkən Orenburq vilayətinə səfər etməyi planlaşdırmadığı bildirilib.

Kremlin sözçüsü Dmitri Peskovun verdiyi məlumata görə, Putin daşqından çox zərər çəkən qonşu Qazaxıstanın prezidenti Kasım Tokayevlə məsələni müzakirə edib.

"Qarşıda çətin günlər var”, - Peskov bildirib.

Digər tərəfdən Peskov Putin və Çin Dövlət Başçısı Si Cinpinin təmas qurmağı planlaşdırdıqlarını bildirib.

Lakin Putinin Pekinə mümkün səfərinin tarixi açıqlanmayıb.

Peskov bildirib ki, Sergey Lavrovun Pekinə səfəri “ən yüksək səviyyədə təmaslara” hazırlıq kimi qiymətləndirilə bilər.

“Həqiqətən də, belə təmaslar planlaşdırılır. Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, onların məqsədəuyğunluğu və zəruriliyi başa düşülür”, – Peskov jurnalistlərə bildirib.

Günel Məlikzadə