Məşhur reper keçmiş sevgilisini döydü - ANBAAN VİDEO
    • 18-05-2024, 11:40
    • 256

Məşhur reper keçmiş sevgilisini döydü - ANBAAN VİDEO

P.Diddi kimi tanınan Şon Kombs bu dəfə keçmiş sevgilisinə qarşı zorakılıql EDİB.

News24.az xəbər verir ki, 2016-cı ildə "Son gecə", "Coming Home" və "Bad Bod for Life" kimi mahnıları ilə tanınan məşhur reper Diddinin o vaxtkı sevgilisi Kessiyə qarşı zorakılıq tətbiq etdiyi görüntüləri ortaya çıxıb.

Kadrlarda reperin oteldə yarımçılpaq halda sevgilisinin arxasınca qaçaraq onu tutub yerə yıxdığı və təpiklədiyi görünür.

Qeyd edək ki, məşhur müğənninin zorakı görüntülərin yayılmasının qarşısını almaq üçün otelə 50 min dollar ödəməyi təklif etdiyi bildirilib.

Müğənni daha əvvəl də dəfələrlə insan alveri, fahişəlik, təcavüz, cinsi qısnama, silah qaçaqmalçılığı kimi cinayətlərlə gündəmə gəlib.

Günel Məlikzadə