Ramazan bayramında atışma: 3 nəfər yaralı
    • 11-04-2024, 19:05
    • 173

Ramazan bayramında atışma: 3 nəfər yaralı

Mübarək Ramazan ayının başa çatması ilə bağlı Filadelfiya parkında Ramazan bayramını qeyd edən şəxslər arasında atışma baş verib. 

News24.az xəbər verir ki, atışma nəticəsində azı 3 nəfər yaralanıb, 5 nəfər nəzarətə götürülüb.

Qeyd edək ki, təxminən milyon yarım əhalisi olan şəhər ABŞ-ın şərqində, Pensilvaniya ştatında yerləşir.

Bildirilir ki, minə yaxın insanın bayramı qeyd etdiyi parkda 30-a yaxın atəş açılıb. Ölənlər barədə məlumat verilməyib.

Mehriban Mirzəzadə