SON DƏQİQƏ! Şəhər mərkəzində atışma - 1 ÖLÜ, 5 YARALI
    • 18-11-2019, 12:26
    • 1 465

SON DƏQİQƏ! Şəhər mərkəzində atışma - 1 ÖLÜ, 5 YARALI

Fransanın Marsel şəhərində atışma baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, naməlum cinayətkarlar marketin qarşısına toplaşan gənclərə silahdan atəş açıblar.

Atışma nəticəsində 22 yaşlı gənc ölüb. Onun 20-25 yaşlarında olan dostları xəstəxanaya yerləşdirilib. Qurbanlardan birinin anası da ağır şok vəziyyətində xəstəxanaya çatdırılıb.