Serenay Sarıkaya görünüşü ilə gündəm oldu - FOTOlar
    • 12-04-2024, 12:45
    • 269

Serenay Sarıkaya görünüşü ilə gündəm oldu - FOTOlar

Hazırda adı müğənni Mert Dəmirlə hallanan Serenay Sarıkaya GQ Türkiyə Yaradıcılıq Mükafatını almaq üçün Nyu Yorkda keçirilən "GQ Global Creativity Awards" gecəsinə qatılıb.

News24.az xəbər verir ki, bəyənilən aktrisa dərin dekolteli qara libası və dağınıq saçları ilə diqqət çəkib.

31 yaşlı Serenay Sarıkayanın üslubu ilə bağlı tərifli şərhlər edilib.

Digər tərəfdən GQ Türkiyə Yaradıcılıq Mükafatının qalibinin Serenay Sarıkaya olacağını açıqlayıb:

"İlhamverici bir aktrisa kimi istedadı ilə xaricdə ən çox izlənilən filmlərdə yer alıb və çoxsaylı mükafatlar qazanıb. Aktyorluq karyerası ilə yanaşı, maarifləndirici duruşu ilə moda dünyasında türk və beynəlxalq brendlərin ikonik adı olub. GQ Global Creativity Awards və dünyanın ilham verən ulduzlarını qlobal redaktorların qiymətləndirmələri ilə mükafatlandırır, qürurla təqdim edir... GQ Türkiyə Yaradıcılıq Mükafatının qalibi -  Serenay Sarıkaya".

Günel Məlikzadə